Bu gün Azərbaycanın Avroviziya-2025 Beynəlxalq Mahnı Müsabiqəsinin birinci yarımfinalında iştirak edəcəyi bəlli oldu.
Tvit.az xəbər verir ki, bu haqda Avroviziya-2025 Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova məlumat verib.
N.Cəfərova qeyd edib ki, fevralın ilk ongünlüyündə təmsilçimizin adı açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanı Avroviziya-2024 mahnı müsabiqəsində “Özünlə apar” mahnısı ilə Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov təmsil edib. Onlar müsabiqənin final mərhələsinə çıxa bilməyiblər.