Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna lideri Vladimir Zelenski qeyri-legitimliyinə görə heç bir müqavilə imzalaya bilməz.
Tvit.az "TASS"a istinadən xəbər verir ki, Putin bunu VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.
Putin vurğulayıb ki, əgər Zelenski belə bir istəyi varsa, onunla dialoq aparmağın yolunu tapmağa hazırdır: “O, danışıqlarda iştirak etmək istəsə, mən bu danışıqları aparacaq şəxsləri müəyyən edəcəm”.
Aysel Şirinova