Qəzzaya yardım məqsədilə 871 ton materialı daşıyan "14-cü Xeyirxahlıq Gəmisi" Türkiyənin Mersin ərazisindən yola çıxıb.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya açıqlama verib.
Dövlət rəsmisinin verdiyi açıqlamada bu məlumatlar yer alıb:
"14-cü humanitar yardım gəmimiz Qəzzaya 10 min 460 çadır, 14 min 350 ədyal, 20 tualet/duş kabini, 300 generator daxil olmaqla cəmi 871 ton humanitar yardım materialı çatdıracaq. Bu gün də məzlum və qurbanların yanında olmağa davam edirik. Millətimizin ehtiyacı olanlara kömək əlini uzatmağa davam edirik. Fələstinli qardaşlarımızın yanındayıq".
Aysel Şirinova