ABŞ Livan və İsrail arasında atəşkəs razılaşmasının təxminən 3 həftə daha uzadıldığı barədə məlumat paylaşıb.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin paylaşdığı yazılı açıqlamada bildirilir.
Bəyanatda 7 oktyabr 2023-cü il tarixindən sonra ələ keçirilən livanlı məhbusların ekstradisiyası üçün Livan, İsrail və ABŞ hökumətləri arasında danışıqlara başlanılacağına dair məlumatlar da yer alıb.
Elmin Alışov