Qəzza zolağının şimalında yaşayan və oradakı İsrail hərbi əməliyyatları səbəbindən didərgin düşmüş fələstinlilər anklavda atəşkəs razılaşmasının yeddinci günündə - yanvarın 25-də şənbə günü evlərinə qayıtmağa başlayacaqlar.
Tvit.az xəbər verir ki, bu barədə müvafiq bəyanat Fələstinin "Həmas" hərəkatının "Telegram" kanalında dərc edilib.
"Atəşkəs razılaşmasının yeddinci günü, məhbusların mübadiləsi başa çatdıqdan sonra, Əl-Rəşid axisinin ərazisində olan (Qəzzanın cənub-qərbində dəniz sahili boyunca uzanır) daxili məcburi köçkünlər şimaldakı evlərinə piyada və silahsız qayıda biləcək. Onlar yoxlanılmayacaq ", - sənəddə deyilir.
Aysel Şirinova