Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyada xərçəng metastazına qarşı çip hazırlandı
dünya

Rusiyada xərçəng metastazına qarşı çip hazırlandı

23-01-2025 12:00 98 Baxış
IMG

Rusiyada  alimlər müxtəlif xərçəng növlərinin erkən diaqnostikası üçün qanda şiş hüceyrələrini aşkar edən çip hazırlayıblar.

 Tvit.az xəbər verir ki, bu barədə "Rusiya Elmlər Akademiyasının Sibir filialının Krasnoyarsk Elmi Mərkəzi" federal tədqiqat mərkəzinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, cihaz müxtəlif xərçəng növlərinin erkən diaqnostikasında mühüm vasitədir. 

"Alimlər iki təbəqə polimetil metakrilat termoplastikdən hazırlanmış çip hazırlayılar. Bu material şəffafdır, biouyğundur və dəyişdirilməsi asandır. Kütləvi istehsal məqsədi daşıyır.  Çip aşağıdakı kimi işləyir: şiş hüceyrələri reaksiya kamerasına daxil olur, burada aptamerlərlə qarşılıqlı əlaqədə olur və kameranın divarlarında “oturur””, - deyə izah edilib.

Aysel Şirinova