Haitidə ölkə daxilində 6 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.
Tvit.az xəbər verir ki, bunu BMT-nin Baş Katibinin Haiti üzrə xüsusi nümayəndəsi Mariya İzabel Salvador deyib.
“Köçkünlərin məskunlaşdığı ərazilər həddindən artıq sıxdır və təmiz su, ərzaq çatışmazlığı var. Ölkə əhalisinin təxminən yarısı olan 6 milyondan çox insanın humanitar yardıma ehtiyacı var”,- deyə nümayəndə qeyd edib.
Elmin Alışov