Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, nazir Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında həmkarına yeni vəzifəsində uğurlar arzulayıb. Nazir Fidan və Rubio Türkiyə və ABŞ-ın iki müttəfiq olaraq əməkdaşlığı qarşılıqlı hörmət və etimad əsasında həyata keçirmək əzmində olduqlarını vurğuladılar. İki ölkə arasında telefon danışığında regional məsələlərdə koordinasiyalı fəaliyyət göstərməyin vacibliyinə toxunulub.
Aysel Şirinova