Tbilisidə Gürcüstan parlamenti yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, qanunvericilik binasına mindən çox insan toplaşıb. Onlar Rustaveli prospektində nəqliyyatın hərəkəti kəsilib. Bəzi etirazçılar parlamentin qarşısındakı piyadaların keçdiyi ərazidə dayanıblar.
Aksiya son bir neçə həftədir olduğu kimi dinc xarakter daşıyır. Etirazçılar arasında Gürcüstan müxalifətinin bir neçə nümayəndəsi də var.
Qeyd edək ki, noyabrın 28-də Tbilisidə etirazlar baş nazir İrakli Kobaxidzenin ölkə hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların açılması prosesini dondurduğunu deməsindən sonra başlayıb. Etirazların ilk həftəsi intensiv olub, sonra etirazlar dinc xarakter alıb.
Aysel Şirinova