Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşünə daxili hazırlıqlar davam edir.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bunun üçün daxili hazırlıqlar davam edir. Vaşinqtondan daha aydın və dəqiq bir şey eşitdiyimiz zaman təqvimlə bağlı məsələləri koordinasiya etməyə başlayacağıq”,- deyə müavin bildirib.
Elmin Alışov