Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Ukraynanın Macarıstan və Slovakiyaya şərtlər diktə etmək hüququ yoxdur" - Orban
dünya

"Ukraynanın Macarıstan və Slovakiyaya şərtlər diktə etmək hüququ yoxdur" - Orban

21-01-2025 21:00 32 Baxış
IMG

Ukraynanın vəziyyəti daha da pisləşib, o, yalvaran rolundadır və Avropa Birliyinin üzvü olan Mərkəzi Avropa ölkələrinə öz şərtlərini diktə etmək hüququna malik deyil.

 Tvit.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Bratislavada slovakiyalı həmkarı Robert Fiko ilə danışıqlardan sonra deyib.

İki ölkə liderləri Kiyevin Rusiya qazının tranzitini dayandırmaq qərarını, eləcə də Bratislava ilə bu məsələ ilə bağlı danışıqlardan imtina etməsini pisləyiblər.

 “Kiyev xalqının Mərkəzi Avropa dövlətləri ilə əlaqələr qurmağa çalışması yolverilməzdir, biz onlara hörmət etməyə hazırıq, lakin biz özümüzə hörmət tələb edirik və əgər biz ciddi bir məsələ qaldırırıqsa, o zaman bunu bizimlə müzakirə etməlidirlər ”, - Orban Macarıstanın M1 telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Aysel Şirinova