"Kapitalbank" 17 fevral tarixindən etibarən SMS bildirişləri üçün xidmət haqqını artırır.
Tvit.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə məlumat bankın müştərilərə göndərdiyi mesajda qeyd olunub.
Məlumatda yeni tarifə əsasən, SMS bildirişlərinin aylıq xidmət haqqı hər kart üçün 3 manat olaraq müəyyən edilib. Əvvəlki qiymət isə 2 manat idi.
Xatırladaq ki, müştərilər bu xidmətə abunə olduqda, SMS bildirişlərini istədikləri vaxt bankın mobil tətbiqi vasitəsilə deaktiv edə bilərlər.