Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
sosial

Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ

17-01-2025 19:00 23 Baxış
IMG

Narkotik satışında ittiham edilən tiktoker Zeynəb ən Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Tvit.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

 

Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

 

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

 

Proses 23 yanvar tarixinədək təxirə salınıb.

 

Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.