İran və Tacikistan arasında 23 Anlaşma Memorandumu imzalanıb.
Tvit.az “Mehr News” agentliyinə istinadən xəbər verir ki, İran və Tacikistan prezidentləri Məsud Pezeşkian və Emoməli Rəhmon arasında aparılan danışıqlardan sonra iki ölkə rəsmilər müxtəlif sahələrdə 23 Anlaşma Memorandumu imzalayıb.
Məlumata görə, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, sosial, təhsil, nəqliyyat, gömrük, ticarət və baytarlıq və s. sahələrdə razılaşmalar əldə edilib.
Elmin Alışov