Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Cənubi Koreya ilə NATO-dan Şimali Koreya və Rusiyaya müraciət
dünya

Cənubi Koreya ilə NATO-dan Şimali Koreya və Rusiyaya müraciət

16-01-2025 07:00 75 Baxış
IMG

Cənubi Koreya və NATO Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığı dərhal dayandırmağa çağırıb.


Tvit.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya müdafiə nazirinin müavini Ço Çanq-rae paytaxt Seulda NATO baş katibinin siyasi məsələlər üzrə müavini Boris Ruge ilə görüşüb.


Bu əməkdaşlığın dərhal dayandırılmasına çağıran ikili Cənubi Koreya ilə NATO arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın vacibliyini vurğuladılar.


Elmin Alışov