Yəməndə İranın dəstəklədiyi husilər İsrail Müdafiə Nazirliyini raketlə hədəfə aldıqlarını açıqlayıb.
Tvit.az xəbər verir ki, bunu Husilərin Hərbi Sözçüsü Yəhya Seri bildirib.
İsrailin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxdığını və səsdən sürətli raketin hədəfə müvəffəqiyyətlə çatdığını iddia edən Seri, bunun son 12 saatda İsrailə qarşı üçüncü hücumu olduğunu qeyd edib.
Elmin Alışov