Qrenlandiya hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əməkdaşlığa can atır.
Tvit.az xəbər verir ki, bunu Qrenlandiyanın KNR televiziya və radio kanalı sitat gətirən adanın Nazirlər Kabinetinin sədri Mute Egede deyib.
"Hərbi münaqişənin olmaması vacibdir", - deyə o, bildirib.
O, həmçinin qeyd edib ki, Qrenlandiya “dialoqa başlamaq istəyir və Trampla əməkdaşlıq imkanları axtarır”.
Yanvarın 7-də ABŞ prezidenti vəzifəsinə yanvarın 20-də başlayacaq Donald Tramp bildirib ki, Çin və Rusiya təhdidlərindən qorunmaq üçün Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır.
Aysel Şirinova