Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Syerra-Leone Prezidenti Azərbaycan dövlət başçısına təyyarə qəzası ilə bağlı başsağlığı verib
sosial

Syerra-Leone Prezidenti Azərbaycan dövlət başçısına təyyarə qəzası ilə bağlı başsağlığı verib

13-01-2025 19:00 17 Baxış
IMG

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

 

Tvit.az xəbər verir ki, məktubda deyilir:

 

"2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.

 

Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

 

Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.

 

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".