Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Suriyalılar Ərdoğanı Əməvi məscidində namaz qılmağa dəvət ediblər
dünya

Suriyalılar Ərdoğanı Əməvi məscidində namaz qılmağa dəvət ediblər

13-01-2025 10:00 72 Baxış
IMG

Suriyalılar paytaxt Dəməşqdə prezident Rəcəb Tayyib Ərdoğanı Əməvi məscidində namaz qılmağa dəvət edən pankart qaldırıblar.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə yaşayan suriyalılar 61 illik Baas rejiminin devrilməsindən sonra ölkələrinə qayıtmağa davam edir. Paytaxt Dəməşqin ürəyi olan Əməvi meydanında Türkiyə və Suriya bayraqları daşıyan qrup prezident Rəcəb Tayyib Ərdoğanı Suriyaya gəlməyə çağırıb.

Suriyalılar əllərində “Prezidentimiz Ərdoğan, Ayasofyada namaz qıldığımız kimi sizinlə Əməvi məscidində də namaz qılmaq istəyirik” yazılmış pankart qaldırıblar.

Aysel Şirinova