Ukrayna 2025-ci ildə münaqişəyə son qoymaq istərdi.
Tvit.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski "RAI News 24" telekanalına müsahibəsində bildirib.
"Məqsədimiz bu il təhlükəsizlik zəmanəti almaq və bu il müharibəyə son qoymaqdır. Bunun üçün hər şeyi edəcəyik", - Ukrayna lideri deyib.
Zelenski vurğulayıb ki, müzakirələrin başlamasından əvvəl ABŞ və Avropadan təhlükəsizlik zəmanətlərinin alınması zəruridir.
Aysel Şirinova