Rusiya məhkəməsi 2023-cü il oktyabrın 29-da Mahaçqala hava limanında baş verən kütləvi iğtişaşlarda iştirak etməkdə 4 rusiyalını təqsirli bilib.
Tvit.az xəbər verir ki bu barədə, yanvarın 10-da Rusiya İstintaq Komitəsinin (TFR) regional şöbəsindən bildirilib.
Məhkəmənin qərarına əsasən, Rabadanov, Radjabov, Ramazanov və Xalikov adlı dörd rusiyalı hər biri on il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə nəticəsində Mahaçqala aeroportu 24 milyon rubldan çox məbləğdə zərər çəkib.
İstintaq 142 şəxsin törədilmiş cinayətlərdə iştirakına dair kifayət qədər sübut bazası toplayıb.
Aysel Şirinova