Regionda qeyri-regional və xarici qüvvələrin olması sabitliyin bərqərar olmasını çətinləşdirir və problemlərin həllinə kömək etmir.
Tvit.az İranın Mehr agentliyinə istinadla xəbər verir ki, bunu İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Nikol Paşinyanla görüşü zamanı deyib.
Əhmədian vurğulayıb ki, sülh və sabitlik yalnız region ölkələrinin dəstəyi və əməkdaşlığı ilə əldə edilə bilər.
Qeyd edək ki, o, İrəvanda erməni həmkarı Armen Qriqoryan və ER baş nazirinin müavini Mher Qriqoryanla da görüşüb.
Aysel Şirinova