2024-cü ilin sonunda təbii fəlakətlərin qlobal zərəri illik müqayisədə 19,4 faiz artaraq 320 milyard dollara çatıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın təkrarsığorta şirkəti "Munich Re"nin analitikləri bu qənaətə gəliblər.
Məlumata görə, keçən il 1980-ci ildən başlanan bütün müşahidələr tarixində itkilərə görə beşinci il olub. Ümumi məbləğdən sığortalanmış əmlak 2023-cü ildəki 106 milyard dollarla müqayisədə 140 milyard dollar təşkil edib. Sığorta itkilərinin həcminə görə ötən il tarixdə üçüncü olub.
Təşkilatın məlumatına görə, qlobal istiləşmə səbəbindən qasırğalar, tufanlar, daşqınlar və quraqlıqlar getdikcə güclənir və tez-tez baş verir. Təbii fəlakətlər 2024-cü ildə bütün itkilərin 93 faizini təşkil edib. Daşqınlar, meşə yanğınları və fırtınalar nəticəsində dəyən ziyan 136 milyard dollar təşkil edib ki, bu da ötən ilki 143 milyard dollardan aşağı, lakin 10 illik orta hesabla 110 milyard dollardan çoxdur. Tropik siklonlardan itkilər 135 milyard dollar təşkil edib. Payızda ABŞ-ı vuran "Helen" və "Milton" qasırğaları ən çox xərc çəkib, Müvafiq olaraq 56 və 38 milyard dollar xərc tələb edib.
Aysel Şirinova