Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Almaniya Aİ-yə Suriyaya qarşı sanksiyaları azaltmağı təklif edib
dünya

Almaniya Aİ-yə Suriyaya qarşı sanksiyaları azaltmağı təklif edib

07-01-2025 23:00 39 Baxış
IMG

Almaniya Suriyaya qarşı sanksiyaların qismən ləğv edilməsi təklifi ilə Iki Avropa Birliyi ölkələrinin qalan ölkələrinə müvafiq sənədləri hazırlayıb və təqdim edib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlmata əsasən,  sənədlərdə Suriyanın yeni hakimiyyət orqanlarının sosial məsələlər, o cümlədən azlıqların müdafiəsi, silahların yayılmaması və qadın hüquqlarına hörmət kimi müsbət addımların müqabilində sanksiyaların yüngülləşdirilməsi mexanizmi ətraflı təsvir olunub.

Həmçinin hava nəqliyyatına və şəxsi əmlakın hərəkətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.

Almaniya rəsmiləri arasında olan mənbələrdən birinin sözlərinə görə, Avropa Birliyi sanksiyaları müvəqqəti olaraq yüngülləşdirə bilər ki, lazım gələrsə, onları tez bir zamanda sərtləşdirmək mümkün olsun. 

Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyi  şərh verməkdən imtina edib.

Aysel Şirinova