Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bayden administratiyası yanvarın 9-da Ukraynaya son yardım paketini elan edib
dünya

Bayden administratiyası yanvarın 9-da Ukraynaya son yardım paketini elan edib

07-01-2025 23:00 23 Baxış
IMG

ABŞ prezidenti Co Baydenin administrasiyası yanvarın 9-da Ukraynaya hərbi yardımın genişmiqyaslı yekun paketini elan edir.

Tvit.az xəbər verir ki, bu barədə Pentaqonun mənbələri Associated Press-ə məlumat verib.

Bəyanatın ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Almaniyaya səfəri zamanı səslənəcəyi gözlənilir. O, Ukraynanı dəstəkləyən təxminən 50 tərəfdaş ölkənin nümayəndələri ilə görüşəcək.

Mənbələrin məlumatına görə, paket əhəmiyyətli olacaq, lakin Ukraynaya yardım etmək üçün Konqresin ayırdığı 4 milyard dollara yaxın qalan məbləğin hamısına şamil olunmayacaq. 

Aysel Şirinova