Gürcüstanın baş naziri Tibetdə baş verən zəlzələ ilə əlaqədar Çin xalqına başsağlığı verib.
Tvit.az xəbər verir ki, bu barədə İrakli Kobaxidze X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Çində baş verən dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir, mən Gürcüstan xalqı və hökuməti adından həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk və onlarla bu çətin zamanda həmrəyik”,- deyə o, qeyd edib.
Aysel Şirinova