ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Co Bayden administrasiyasını Ukraynadakı münaqişəni qızışdırmaqda ittiham edib.
Tvit.az xəbər verir ki, bu sözləri o, Mar-a-Laqo (Florida) yaşayış binasında müxbirlərə bildirib.
Trampın sözlərinə görə məhz onun nümayəndələrinin bacarıqsızlığı Rusiyanı xüsusi hərbi əməliyyata vadar edib:
"Məncə, Rusiya gedib Ukraynaya hücum etdi, çünki gördü ki, bu adamlar [Bayden administrasiyası] bacarıqsızdırlar. Onlar nə etdiklərini bilmirlər. Amma biz nə etdiyimizi bilirik. Hər şey bitəcək. Bizim böyük ordumuz var", - deyə seçilmiş prezident bildirib.
Aysel Şirinova