Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək, bunun qarşısını almaq üçün lazımi tədbirləri görə bilər.
Tvit.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
"Suriyanın parçalanmasına, unitar quruluşunun pozulmasına imkan verməyəcəyik. Bu məsələdə risk görsək, dərhal lazımi tədbirləri görəcəyik", - prezident xəbərdarlıq edib.