Rusiya səfirliyinin nümayəndəsi Transnistriyadakı enerji böhranı ilə bağlı mövqeyini açıqladıqdan sonra Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyov və Moskva arasındakı münasibətlərə mənfi təsir göstərir.
"Bununla bağlı Rusiya Federasiyası səfirliyinin nümayəndə heyəti Xarici İşlər Nazirliyinə çağırılıb", - nəşr qeyd edir.
Qeyd edək ki, bu gün bir qədər əvvəl Rusiya diplomatik missiyası yanvarın 1-də Rusiya qazının tədarükünün dayandırıldığı Transnistriyadakı "sürətlə pisləşən vəziyyətə" narahatlıqla nəzarət etdiyini bildirmişdi. Səfirlik qeyd edib ki, tanınmamış respublikada böhran "kollektiv Qərb və Ukrayna tərəfindən süni şəkildə yaradılıb".
Diplomatların sözlərinə görə, Kişinyov və Kivdəki media enerji böhranına görə məsuliyyəti Rusiyaya "kinayəli şəkildə yönəltməyə çalışır"
Aysel