Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azər Baxşəliyevə böyrək köçürüləcək? - Rəsmi
sosial

Azər Baxşəliyevə böyrək köçürüləcək? - Rəsmi

03-01-2025 19:00 34 Baxış
IMG

Hazırda aktyor Azər Baxşəliyevə böyrək köçürülməsindən söz gedə bilməz.

 

Tvit.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova deyib.

 

"Azər bəy koma vəziyyətində xəstəxanaya daxil olub, hazırda reanimasiyadadır. Onun adı böyrək nəqli olunacaq xəstələr siyahısındadır. Donor gözləyən xəstələrdən biridir. Bu gün biz onun ağırlaşmış vəziyyətdən çıxmasını gözləyirik. Həkimlər ilkin mərhələdə onu bu vəziyyətdən çıxarmağa çalışırlar. Hazırkı situasiyada böyrək nəql edilməsindən söz gedə bilməz. Onun vəziyyəti həddən artıq ağırdır. Ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşulub", - deyə o bildirib.