ABŞ administrasiyası Cənubi Koreyaya Muan Hava Limanında "Jeju Air" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bütün lazımi yardım göstərəcək.
TASS xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında bildirilir.
"Bizim fikirlərimiz və dualarımız bu faciə ilə üzləşənlərlədir", - bayden deyib. O əlavə edib ki, Birləşmiş Ştatlar istənilən lazımi yardımı göstərməyə hazırdır.
Aysel