Hadisə şahidləri Cənubi Koreyada qəzaya uğramazdan əvvəl qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin sağ qanadında yanan mühərriki görüblər.
Tvit.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Mən təyyarənin pansionatın üzərindən uçduğunu gördüm. Sağ qanadda mühərrikdən qığılcımlar uçurdu. Mən ailəmə təyyarənin problem olduğunu söyləyərkən partlayış baş verdi”,- deyə hadisə şahidi bildirib.
Elmin Alışov