2024-cü ilin oktyabr ayının sonunda Rusiya şirkətləri və müəssisələrinin işçilərinin orta real maaşları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Bu barədə "İnterfaks"ın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatlarına istinadən yaydığı məlumatda bildirilir.
Real əmək haqqı ölkədə mövcud olan inflyasiyanı nəzərə alaraq, işçinin nominal aylıq əmək haqqı ilə ala biləcəyi mal və xidmətlərin məbləği deməkdir. Oktyabr ayındakı artım ötən üç aya nisbətən nəzərəçarpacaq dərəcədə az idi. Beləliklə, sentyabr ayında artım tempi 8,4%, avqustda - 7,7%, iyulda - 8,1% təşkil edib.
Aysel