İsrail ordusunun Yəməndə İranın dəstəklədiyi husilərin nəzarəti altında olan Beynəlxalq Səna Hava Limanına hücumu nəticəsində yaralanan BMT əməkdaşları təxliyə olunub.
Tvit.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.
Dekabrın 26-da İsrail ordusunun Beynəlxalq Səna Hava Limanına hücumu nəticəsində yaralanan BMT-nin Humanitar Hava Xidmətinin əməkdaşlarını təxliyə edə bildiklərini qeyd edən Qebreyesus, İordaniyaya çatdıqlarını və yaralıların orada daha yaxşı müalicə alacağını bildirib.
Elmin Alışov