Ukrayna Birləşmiş Ştatlardan təxminən 100 milyon kubmetr həcmində mayeləşdirilmiş təbii qazın (LNG) ilk hissəsini alıb.
"DTEK bu gün Yunanıstanda LNG gəmisinin limana daxil edilməsindən sonra ABŞ-dan mayeləşdirilmiş təbii qazın ilk dəstini qəbul edib. Gaslog Savannah gəmisində təxminən 100 milyon kubmetr qaz (və ya 1 TWh enerji) dəsti cümə günü səhər Revitus LNG terminalına gəlib", - deyə holdinqin saytında yerləşdirilən məlumatında bildirilir.
Həmçinin, bu çatdırılmanın Ukraynanın enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilməsi və rusiya qazının öz ərazisindən tranzitinin dayandırılmasına bir neçə gün qalmış həyata keçirilməsi nəzərdə tutulub.
Aysel