Qara dənizdə federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, fövqəladə hala səbəb Kerç boğazında iki tankerin qəzaya uğramasından sonra mazut dağılması olub.
Bildirilib ki, 29,5 min kvadratmetr su sahəsi neft plyonkasından təmizlənib:
“Qarşıda çox iş var, cəmi 15%-i tamamlanıb. İndi əsas vəzifə qarışıq torpağın sahil zonasından çıxarılması və onun utilizasiyasıdır. İkinci vacib vəzifə su sahəsini təmizləmək və dibini yoxlamaqdır. Sahil və su ərazilərindən mazut toplamaq ağır əl işidir. Xilasedicilər və könüllülər torpağı torbalara yükləyir, sonra özüboşal və traktorlarla zibilxanalara aparırlar”, - Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov deyib.
Aysel Şirinova