Almaniya kansleri Olaf Şolz yəhudiliyi alman həyatının ayrılmaz hissəsi adlandırıb.
Tvit.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə o, dekabrın 25-də qeyd olunmağa başlayan Hanukka bayramı münasibətilə X sosial şəbəkəsindəki səhifəsində yazıb .
“Yəhudilik bizim ayrılmaz, əvəzolunmaz hissəmizdir. Hamınızın bayramı mübarək” – deyə, o, elan edib.
Şolzun fikrincə, Almaniyanın şəhərlərində Hanukka şamdanlarının Milad üçün ucaldılmış yolkalara çox yaxın dayanması çox simvolikdir. Üstəlik, Berlində hər iki bayram simvolu Almaniya paytaxtının tam mərkəzində, Brandenburq qapısında yerləşir.
"Bu gün bütün almanlar üçün Hanukkah şamdanı qaranlıq zamanlarda ümidi təmsil edir" - kansler əlavə edib.
Aysel Şirinova