Həmas terror qruplaşması bəyanatında iddia edir ki, potensial atəşkəs-girov razılaşması üzrə danışıqlar İsrail tərəfindən yeni şərtlər irəli sürərək gecikdirilir.
Tvit.az bu barədə “The Times of İsrael”ə istinadən xəbər verir.
Məlumata görə, Həmas bildirib ki, danışıqlar Qətər və Misirin vasitəçiliyi ilə Dohada ciddi şəkildə gedir və terror qruplaşması məsuliyyət və çeviklik nümayiş etdirib.
Bununla belə, terror qruplaşması iddia edir ki, İsrail qoşunların çıxarılması, atəşkəs, məhbuslar və köçkünlərin geri qaytarılması ilə bağlı yeni məsələlər və şərtlər irəli sürüb ki, bu da mövcud razılaşmanın əldə olunmasını gecikdirib.
İsrail və Fələstin rəsmilərinin bu həftənin əvvəlində verdiyi açıqlamalara görə, Qəzza zolağında mümkün girovların azad edilməsi və atəşkəs razılaşması ilə bağlı İsrail və Həmas terror qruplaşması arasında boşluqlar daralıb. Məlumata görə, Həmas potensial atəşkəsin ilk mərhələsində azad ediləcək diri və ya ölü girovların siyahısını hələ təhvil verməyib.
Aysel Şirinova