İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Esaad Həsən Şeybani deyib.
“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin",- deyə nazir qeyd edib.
Elmin Alışov