Ukraynanın Sumı şəhərində partlayış baş verib.
Tvit.az xəbər verir ki, bu barədə “Public” nəşri öz Telegram kanalında məlumat yayıb.
"Sumidə partlayış səsi eşidilib", - nəşr yazır.
Bundan əvvəl Dnepropetrovsk vilayətində partlayışlar barədə məlumat yayılmışdı. Partlayışlar Krivoy Roqda baş verib. Bəzi məlumatlara görə, Ukrayna hərbçilərinin hədəfi vurulub. Regional hakimiyyət orqanları partlayışlar barədə məlumatı təsdiqləyib.
Dekabrın 24 - də Kiyevin nəzarətində olan Xersonda su və elektrik enerjisində fasilələr yaranıb. Şəhər hərbi idarəsi bildirib ki, bu problemlər Dnepr rayonu və Şumen mikrorayonunda partlayışlardan sonra yaranıb.
Aysel Şirinova