Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya AirPods Pro-da yenilik: Ürək döyüntüsü və temperaturu ölçmək olacaq
dünya

AirPods Pro-da yenilik: Ürək döyüntüsü və temperaturu ölçmək olacaq

23-12-2024 23:00 23 Baxış
IMG

Apple yeni nəsil AirPods Pro modelini sağlamlıq yönümlü funksiyalarla təchiz etməyi planlaşdırır.

 
Tvit.az xəbər verir ki, qulaqlıqlarda ürək dərəcəsi və bədən istiliyinin ölçülməsi funksiyaları olacaq.
Texnologiya şirkəti Apple son illərdə geyilə bilən texnologiyalarda sağlamlıq yönümlü yeniliklərə diqqət yetirir. "Bloomberg"dən Mark Qurmanın "Power On" bülletenində verdiyi məlumata görə, yeni nəsil AirPods Pro modelini sağlamlıq yönümlü xüsusiyyətlərlə təchiz etmək üçün işlərini davam etdirir . Şirkət qulaqlıqlarda ürək döyüntüsü və bədən istiliyinin ölçülməsi xüsusiyyətlərini sınaqdan keçirir.
Yeni nəsil AirPods Pro-da bədən temperaturu sensorlarının istifadəçiyə sağlamlıq vəziyyətini dərhal izləmək imkanı verməsi gözlənilir. Bundan əlavə, ürək dərəcəsinin ölçülməsi funksiyası idman və sağlamlıq məlumatlarını izləyən istifadəçilər üçün mühüm yenilik təklif edə bilər. Bu texnologiyalar "Apple Watch"un imkanlarında tamamlayıcı rol oynaya bilər.


Aysel Şirinova