ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək.
Tvit.az "Financial Times"- ə istinadla məlumat verir ki, o, bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırıb.
Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər.
“Aydındır ki, NATO-nun Haaqa sammitində [gələn iyun] biz 3% və ya daha çox danışacağıq”, - deyə onlardan biri bildirib.
Aysel Şirinova