Almaniya kansleri Olaf Şolzun Rusiya Federasiyasına səfər etməsi üçün Moskvaya heç bir müraciət daxil olmayıb.
Tvit.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Der Spiegel”in nəşrini TASS-a şərh edib.
"Xeyr, heç nə yox idi”, - deyə Peskov Berlindən bununla bağlı təkliflərin olub-olmaması ilə bağlı suala cavab verib.
Almaniyadakı seçkilər ərəfəsində siyasi reytinqini yüksəltmək üçün Moskva və Kiyev arasında barışıq yolunda addımlardan istifadə etmək məqsədilə sülh missiyası ilə Rusiya Federasiyasına səfər etməyi planlaşdırdığını yazıb.
Aysel Şirinova