Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Azad qadın olmadan azad millət olmaz" - Suriyalılar Dəməşqdə etiraz aksiyası keçirir
dünya

"Azad qadın olmadan azad millət olmaz" - Suriyalılar Dəməşqdə etiraz aksiyası keçirir

19-12-2024 22:00 20 Baxış
IMG

İslamçıların rəhbərlik etdiyi üsyançılar alyansının prezident Bəşər Əsədi devirməsindən bir həftədən çox sonra yüzlərlə suriyalı bu gün Dəməşqin mərkəzində demokratiya və qadın haqları tələbi ilə etiraz aksiyası keçirib.
Tvit.az bu barədə "The Times of İsrael"ə istinadən xəbər verir.
Məlumata görə, Dəməşqin mərkəzi Əmməd meydanında kişi və qadın nümayişçilər “Biz dini dövlət deyil, demokratiya istəyirik”, “Azad, mülki Suriya” və “Suriya xalqı birdir” şüarları səsləndirir, bəzi etirazçılar isə “Azad qadın olmadan azad millət olmaz” şüarlarını səsləndirirlər.
İslamçı Heyət Təhrir əl-Şam qruplaşmasının başçılıq etdiyi üsyançılar keçən ay Suriyanın şimal-qərbindəki qalasından ildırım çaxdıran hücuma keçərək bir çox əraziləri hökumətin nəzarətindən çıxarıblar və dekabrın 8-də paytaxtı ələ keçirərək Əsədi deviriblər.
Kökləri Əl-Qaidənin Suriya qolu olan və bir sıra Qərb hökumətləri tərəfindən “terrorçu” təşkilat kimi qadağan edilən HTS, ölkədəki bir çox dini və etnik azlıqların müdafiəsini təmin etməklə öz ritorikasını yumşaltmağa çalışıb.
Aysel Şirinova