Nyu-Yorkun Orange qraflığının Skoçtaun şəhərindəki bir evin bağçasında tapılan fosillər elm dünyasını həyəcanlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Ev sahibi qazıntı zamanı yerin altında iki nəhəng diş tapdıqdan sonra qazmağa davam etdi və daha iki diş aşkar etdi.
Nyu York Dövlət Muzeyi və SUNY Orange Universitetinin mütəxəssisləri incələmə zamanı bildiriblər ki, bu kəşf təxminən 15 min il əvvəl, Son Pleistosen dövrünə aiddir.
Nyu York Dövlət Muzeyinin rəsmiləri bu kəşfin ştatın tarixi haqqında daha çox məlumat verə biləcəyini bildiriblər.
Elmin Alışov