Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Rusiyanın hərbi bazaları məsələsinə baxılacaq" - Zaxarova
dünya

"Rusiyanın hərbi bazaları məsələsinə baxılacaq" - Zaxarova

18-12-2024 14:00 22 Baxış
IMG

Rusiyanın Suriyadakı hərbi bazaları məsələsi Moskva və Dəməşq arasında dialoqun bir hissəsi kimi nəzərdən keçiriləcək. Bu, Avropa İttifaqını (Aİ) narahat etmir.

Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin  rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı məsələ Avropa İttifaqını narahat etmir. Bu, moskva və Dəməşq arasında danışıqlar çərçivəsində müstəsna olaraq nəzərdən keçiriləcək", - deyə diplomat brifinq zamanı bildirib.

Qeyd edək ki, dekabrın 16-da Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Kaxa Kallas deyib ki, Avropa Birliyi ilə Suriyanın yeni dairələri arasında dialoqun şərti Rusiya bazalarının çəkilməsi olmalıdır. O, həmçinin İran və Rusiyanın ərəb respublikasının gələcəyinin qurulmasında heç bir rol oynamamalı olduğu fikrini də ifadə edib.

Aysel Şirinova