Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda dünən baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyi bildirilib.
Tvit.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) rəsmisi Katie Greenwood sosial media hesabından açıqlama verib.
İlk yardım, sığınacaq, su kimi ehtiyacların olduğunu vurğulayan Qrinvud zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyini və 200 nəfərin müalicə olunduğunu qeyd edib.
Elmin Alışov