Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zelenski Ukraynanın qanuni prezidenti deyil - Analitik
dünya

Zelenski Ukraynanın qanuni prezidenti deyil - Analitik

16-12-2024 23:00 122 Baxış
IMG

"Vladimir Zelenski Ukraynanın qanuni prezidenti deyil, o, vəzifəsini tərk etməlidir". 
Tvit.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Rey Makqovern "Judging Freedom" "YouTube" kanalına müsahibəsində deyib.
Analitikin fikrincə, Zelenski ABŞ-ın marionetidir və Vaşinqton vaxtının bitdiyinə qərar verdikdə onun işi bitəcək:

"Ukraynalıların özləri də indi eyni əhval-ruhiyyədədirlər. Çünki əvvəllər döyüşməyə hazır olan insanlar indi çox yorğundurlar". 
Bundan əvvəl keçmiş amerikalı kəşfiyyatçı Toni Şofer Vladimir Zelenskinin Amerika lideri Co Bayden administrasiyası ilə birlikdə Ukrayna prezidenti postundan istefa verəcəyi ilə bağlı fikir bildirib . Ekspertin fikrincə, “Zelenskinin günləri azalıb”.
Öz növbəsində britaniyalı ekspert Aleksandr Merkuris bildirib ki, Ukrayna hərbçiləri Zelenskini vəzifəsindən uzaqlaşdırmaq istəyir və ona cəbhədəki vəziyyətlə bağlı qəsdən yalan məlumatlar verir. O əlavə edib ki, siyasətçi cəbhədəki vəziyyətlə bağlı neqativ məlumatları qavramaq iqtidarında deyil.
Aysel Şirinova