Donald Tramp "SoftBank"ın CEO-su Masayoshi Son ilə 2016-cı il tədbirində ABŞ-a 100 milyard dollar sərmayə qoyulacağını açıqlayıb.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Donald Trump və Masayoshi Son bazar ertəsi günü çıxış edərək sərmayənin süni intellekt (AI) və əlaqəli infrastruktur sahələrinə yönələcəyini bildirdilər. Bu sərmayə 100.000 yeni iş yeri yaradacaq və Trumpın prezidentlik müddətinin sonuna qədər ölkəyə yatırılacaq.
Trump sərmayənin "Amerikanın gələcəyinə böyük inamın" sübutu olduğunu vurğulayıb və Sonu 200 milyard dollar sərmayə qoymağa təşviq edib. Həmin sərmayə, Trumpın ikinci prezidentlik dövründə ABŞ iqtisadiyyatını gücləndirmək və inflyasiyanın amerikalılara təsirini azaltmaq vədi ilə üst-üstə düşür.
Aysel Şirinova