Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Suriyanın yeni hakimiyyəti ilə hərbi bazalarla bağlı müzakirələr aparır
dünya

Rusiya Suriyanın yeni hakimiyyəti ilə hərbi bazalarla bağlı müzakirələr aparır

12-12-2024 22:00 24 Baxış
IMG
Rusiya Federasiyasının hakimiyyət orqanları Suriyanın yeni rəhbərliyinin nümayəndələri ilə ərəb respublikası ərazisində hərbi bazaların qorunması ilə bağlı müzakirələr aparır.

Tvit.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin yaydığı məlumatda bildirilib.

Jurnalistlərin məlumatına görə, Rusiya hakimiyyəti Suriyada hərbi mövcudluğunu qoruyacaq. Lakin ölkədə qeyri-stabil vəziyyət ucbatından hər şey dəyişə bilər.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Suriyada baş verənləri diqqətlə izləyir.

Aysel